BolgeXeber.Com » Ölkə » Həvəskar ovçunun 70 minə düzəltdirdiyi qeyri-adi maşın - VİDEO

Həvəskar ovçunun 70 minə düzəltdirdiyi qeyri-adi maşın - VİDEO

20-05-2017, 13:20
Oxunub: 2 812 Həvəskar ovçunun 70 minə düzəltdirdiyi qeyri-adi maşın - VİDEOOv həvəskarı olan bir şəxs, avtomobilini qeyri-adi formaya salıb

Təkərlər özlərini avtomatik olaraq doldurur. Gecə ova çıxanda, dumanlı havada da heç bir problemlə üzləşmir. Avtomobildə 220 voltluq işıqdan istifadə və ya elektrik sobasında yemək bişirmək mümkündür.

Bolgexeber.com xezerxeber-ə istinadən xəbər verir ki, İlkin Quluzadə həvəskar ovçudur. Ov zamanı suda və quruda üzləşdiyi problemlərdən azad olmaq üçün avtomobilinə dəyişiklik etmək qərarına gəlib. Bunun üçün avtomobilinə 68 min manat pul xərcləyib. İlk baxışdan zirehli texnikaya bənzəyən nəqliyyat vasitəsi əslində ov zamanı xüsusi əhəmiyyət kəsb edir.