BolgeXeber.Com » Xəbərlər » ƏMDK "Kütləvi çıxarış" kompaniyasına start verdi-VİDEO

ƏMDK "Kütləvi çıxarış" kompaniyasına start verdi-VİDEO

20-05-2017, 15:03
Oxunub: 2 111 ƏMDK "Kütləvi çıxarış" kompaniyasına start verdi-VİDEOƏmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün daşınmaz əmlakın dövlət qeydiyyatının sadələşdirilməsi, bu sahədə əlçatanlığın təmin edilməsi ilə bağlı müxtəlif yönümlü sosial tədbirlər həyata keçirir

Əhalinin bu sahədə işini daha da yüngülləşdirəcək geniş yayılan sosial layihələrdən biri də “Kütləvi çıxarış” kampaniyasıdır.
İş yerində təşkil olunan növbəti belə çıxarış kampaniyası 19 may tarixində Ağsu rayonunda yerləşən şirə zavodlarından birində çoxsaylı əmək kollektivi üçün keçirilib. Kampaniya çərçivəsində zavod əməkdaşları iş yerlərindən ayrılmadan, daha rahat və operativ şəkildə qeydiyyat xidmətlərindən faydalanıblar.
Həmçinin bu layihə, müəssisədə iş rejiminin pozulmamasına, heyyətin işdən uzunmüddətli ayrılmamasına da imkan verir.

Qeyd edək ki, Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası geniş şəkildə davam etdiriləcək.
Bolgexeber.com