BolgeXeber.Com » Xəbərlər » Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin hesabat seçki konfransı keçirilib-FOTO

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin hesabat seçki konfransı keçirilib-FOTO

20-05-2017, 17:23
Oxunub: 3 699 Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin hesabat seçki konfransı keçirilib-FOTO15 may 2017-ci il tarixdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin hesabat seçki konfransı keçirilib

Konfransda MİHİ Respublika Komitəsinin Hüquq şöbəsinin müdiri Samir Əhmədzadə və Tərtər rayon mədəniyyət işçiləri iştirak edib.

Konfransda rayon komitəsinin sədri Elşad Qəndilov 2012-2017-ci illəri əhatə edən dövr üçün hesabat məruzəsi ilə çıxış edib. Elşad Qəndilov məruzədə komitənin 5 il ərzində gördüyü işlərdən, fəaliyyət çərçivəsindən bəhs edib.

Hesabat məruzəsindən, edilən çıxışlardan sonra Konfrans Komitənin fəaliyyət proqramı kimi qərarlar səsləndirərək qəbul edib. MİHİ Tərtər rayon komitəsi sədrinin 2012-2017-ci ildə fəaliyyətinə dair hesabat məruzəsi və Təftiş Komissiyasının hesabatı nəzərə alınaraq rayon Həmkarlar komitəsinin fəaliyyəti mədəniyyət işçilərinin rəyinə əsasən yenidən qiymətləndirildib.

Demokratik şəkildə keçirilən seçkidə, Tərtər rayon Mədəniyyət işçiləri tərəfindən Quliyev Sadiq Abbas oğlu MİHİ Tərtər Rayon Komitəsinə sədr seçib. Davam edən seçki prosesində rəyasət heyətinə və təftiş komissiyasına seçkilər keçirilib.Konfransda çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Hüquq şöbəsinin müdiri Samir Əhmədzadə nöqsanlardan və qarşıda duran vəzifələrdən ətraflı şəkildə bəhs edib. Samir Əhmədzadə onuda qeyd edib ki, : - “ Seçkilər tam demokratik və şəffaf şəkildə təşkil olundu. Mən yeni seçilən heyətə işlərində uğurlar və nəaliyyətlər arzulayıram”.

Daha sonra MİHİ Respublika Komitəsinin XVIII konfransına Quliyev Sadiq Abbas oğlunun nümayəndə seçilməsi də dəstəklənib.

Sonda iştirakçıların fikir və təklifləri öyrənilib.
Bolgexeber.com