BolgeXeber.Com » Xəbərlər » Bakıda 165 saylı avtobusda "toy kalonkası": Aygün oxuyur, sərnişinləri "feyziyab" edir - VİDEO

Bakıda 165 saylı avtobusda "toy kalonkası": Aygün oxuyur, sərnişinləri "feyziyab" edir - VİDEO

22-05-2017, 09:40
Oxunub: 1 932 Bakıda 165 saylı avtobusda "toy kalonkası": Aygün oxuyur, sərnişinləri "feyziyab" edir - VİDEOAzərbaycanda İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliyə görə, şəhərdaxili marşrutlarda audio cihazlardan istifadə sərnişindaşıma qaydalarının pozulması hesab olunur

Bu qayda pozuntusuna görə 40 manatdan 50 manatadək cərimə nəzərdə tutulub. Bir sözlə, avtobuslarda audio cihazların, radio, maqnitofon və musiqi dinləmək üçün digər vasitələrin istifadəsi qəti qadağandır. Nəqliyyat vasitələrinin salonlarında səs-küy yaradaraq sərnişinlərin zövqünü və əsəblərini korlayan musiqilər oxudan sürücülər 40-50 manat məbləğində cərimələnə bilər.

Unikal.org bu sahədə bir sıra araşdırma aparıb. Məlum olub ki, bir neçə il bundan əvvəl şəhər daxili avtobuslarda bu istiqamətdə real tədbirlər görülsə də, hazırda bu məsələyə müvafiq qurumlar məhəl qoymurlar.

Bu gün əksər sərnişin avtobuslarında bu hala rast gəlinir.

Unikal.org-un əməkdaşı 165 saylı 10 TG 836 dövlət nömrə nişanlı avtobusda bu halı müşayət edib.

Məlum olub ki, ev şəraitində istifadə edilən səsgücləndirici qurğunu avtobusa quraşdırılıb. Narazı sərnişinlərə məhəl qoymayan sürücü yüksək tonla, özünü diskotekada hiss edirmiş kimi yoluna davam edir.

Həmin avtobusdan çəkilmiş video və fotoları oxuculara təqdim edir. Videoda Azərbaycanın məşhur xanım müğənnisi Aygün Kazımovanın musiqi sədaları altında sərnişinlər daşınır.