BolgeXeber.Com » Ölkə » Dolu və külək bölgələrə ciddi zərər vurdu - VİDEO

Dolu və külək bölgələrə ciddi zərər vurdu - VİDEO

22-05-2017, 11:21
Oxunub: 2 216 Dolu və külək bölgələrə ciddi zərər vurdu - VİDEOGüclü külək və dolu bölgələrdə xeyli fəsad törədib

Ağaclar və elektrik dirəkləri aşıb, təsərrüfatlara ciddi ziyan dəyib.
Ağaclar və elektrik dirəkləri aşıb, kommunikasiya xətləri qırılıb. Güclü külək və dolu bölgələrdə xeyli fəsad törədib.
Günorta saatlarında Şamaxıda əsən güclü külək rayon mərkəzinə ciddi ziyan vurub. 7 küçədə 10-a yaxın irigövdəli ağac aşıb.
Bir müddət sonra yol təmizlənib və nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. Külək təsərrüfatlara da ciddi ziyan vurub, elektrik dirəklərini də aşırıb, elektrik və rabitə xətləri qırılıb. Rayon mərkəzinə elektrik enerjisinin verilişində fasilə yaranıb. Axşam şəhərin bir hissəsinə elektrik enerjisinin verilişi bərpa edilib. Digər ərazilərdə də iş gedir.
Bu görüntülər isə İsmayıllıdandır. Güclü külək və yağış ağaclara ziyan vurub. Bir neçəsi hətta kökündən qoparaq aşıb.
Ağcabədiyə güclü dolu, İmişli, Füzuli və Bərdəyə isə leysan yağıb. Bağlara və əkinə ziyan dəyib. Bərdədə güclü külək irigövdəli ağacları aşırıb. Rayonun Ləmbəran kəndinə gedən yol bağlanıb.
Göyçaya da güclü dolu düşüb və güclü küləklə müşayiət olunan leysan yağışı yağıb. Təqribən 20 dəqiqə davam edən dolu və qasırğa meyvə-tərəvəzə və taxıl sahələrinə ziyan vurub. Evlər və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Güclü küləyin təsiri nəticəsində iri gövdəli çinar ağacları, elektrik dirəkləri aşıb, naqillər qırılıb. Rayonun enerji təsərrüfatı və rabitə sistemində də problemlər yaranıb.