BolgeXeber.Com » Media » Jurnalist barəsində cinayət işi başlanıb

Jurnalist barəsində cinayət işi başlanıb

19-01-2011, 19:05
Oxunub: 4 680
İlham Xudiyev axtarış elan olunub

Azərbaycanda jurnalist barəsində cinayət işi başlanıb. Bu barədə saytımıza Nərimanov rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, jurnalist İlham Xudiyev Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirli bilinir. Məsuliyyətdən yayındığı üçün İ. Xudiyevin barəsində axtarış elan edilib. Hazırda onun tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, İlham Xudiyev 1987-ci ildən jurnalist fəaliyyəti ilə məşğuldur. 1991-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi jurnalist kimi fəaliyyət göstərib. O, 2008-ci ildən fəaliyyət göstərən “Ailə və Sağlamlıq” jurnalının baş redaktorudur. “Xankəndi - İlham Xudiyevin təqdimatında” saytının rəhbəridir. “Səhər”, “Qarabağ”, “Azərbaycan ordusu” qəzetlərində, “Yanğınla mübarizə” jurnalında çalışıb.