Azərbaycanda gizli sevgi yaşayan qadına əri kömək etdi - ŞOK TƏFƏRRÜAT
22-05-2017, 19:08
Oxunub: 1 888
Azərbaycanda ər-arvadı şantaj edib onlardan külli miqdarda pul alan şəxslərlə bağlı maraqlı faktlar üzə çıxıb
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Saray qəsəbə sakini Nizami Cəfərov bir neçə il əvvəl tanış olduğu 40 yaşlı Aygün Sultanovanı (ad-soyad şərtidir) şantaj edərək, ondan 2012-ci ildən bu günədək ümumilikdə 31 min manat alıb. O, həmin qadını yazışmaları və açıq-saçıq görüntüləri ilə şantaj edib və müxtəlif şəxsləri qadınla görüşdürərək, ona pul yollamasını tələb edib. Bu işdə N.Cəfərova dostu Kamil Muxtarov da kömək edib və pulların alınmasında iştirak edib.
Artıq tələb edilən pulları ödəyə bilməyən qadın həmin şəxslərdən ondan əl çəkməsini tələb edib. Şantajçılar isə qadının şəkillərini yayacaqlarını, uşaqlarının oxuduğu məktəbdə onu biabır edəcəklərini deyiblər. Aygün Sultanova artıq həyat yoldaşına bu barədə məlumat vermək qərarına gəlib. O, bir müddət N.Cəfərovla gizli sevgi münasibətində olduğunu, lakin onunla heç vaxt görüşmədiyini deyib. Bundan sonra onlar birgə polisə müraciət ediblər.
Saxlanılan şəxs isə həmin qadınla dəfələrlə görüşdüyünü və əlində yazışmaların olduğunu deyib. Qadın isə görüş iddiasını rədd edib.
Faktla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər