BolgeXeber.Com » Xəbərlər » Bakıda yaşayış binasında yanğında iki qardaş ölüb, yanğın söndürülüb

Bakıda yaşayış binasında yanğında iki qardaş ölüb, yanğın söndürülüb

22-05-2017, 19:09
Oxunub: 1 563 Bakıda yaşayış binasında yanğında iki qardaş ölüb, yanğın söndürülübBakıda yaşayış binasında baş vermiş yanğının qarısı alınıb

APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğında iki qardaş ölüb.

Onların kimliyi dəqiqləşdirilir.

Araşdırma aparılır.


***

saat 17.32

Bakıda yaşayış binası yanır.
Hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.