BolgeXeber.Com » Xəbərlər » Melania Trampdan intiqamını belə aldı – Dünya bu görüntüləri danışır – VİDEO

Melania Trampdan intiqamını belə aldı – Dünya bu görüntüləri danışır – VİDEO

23-05-2017, 09:39
Oxunub: 1 690 Melania Trampdan intiqamını belə aldı – Dünya bu görüntüləri danışır – VİDEOSəudiyyə Ərəbistanından sonra İsrailə səfər edən ABŞ prezidenti Donald Tramp təyyarədən enərkən xanımının qeyri-adi reaksiyası ilə qarşılaşıb

Belə ki, Birinci xanım qırmızı xalıda gedərkən əlini tutmaq istəyən Trampın əlindən vurub.

“A24.az”ın məlumatına görə, ABŞ prezidenti Donlad Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etdikdən sonra növbəti ziyarəti İsrail olub. Dünən səhər saatlarında Təl Əvivə gələn Tramp İsrailin bütün siyasi xadimləri tərəfindən qırmızı xalıda qarşılanıb. Lakin Trampa göstərilən yüksək səviyyəli hörmət onun xanımı tərəfindən edilən hərəkətlə kölgə altına düşüb.

Prezident təyyarəsindən endikdən sonra qırmızı xalının üzərində gedən Tramp arxasından gələn xanımının əlini tutmaq istəyib. Arxasına baxmadan dalınca gələn Melania Trampa doğru əlini uzadan Donald Tramp gündəm olan və geniş müzakirələrə yol açacaq bir hərəkətlə qarşılaşıb. Belə ki, Melania Tramp ərinin əlindən vuraraq əl-ələ tutmağı rədd edib. Həmin anlar isə həm İsrail, həm də dünya mediasının kamerlarından yan keçməyib.
Melania Trampdan intiqamını belə aldı – Dünya bu görüntüləri danışır – VİDEO



Birinci xanım Trampdan intiqam aldı?

Xatırladaq ki, Melania Trampın Səudiyyə Ərəbistanında keçirilən qarşılanma mərasimində Trampdan 5 metr uzaqda təkbaşına getməsi gündəm olmuşdu. Odur ki, “First Lady”nin Səudiyyə Ərəbistanında onunla maraqlanmayan və onu tək qoyan ərinə İsraildəki hərəkəti ilə intiqam aldığı iddia edilir.