BolgeXeber.Com » İqtisadiyyat » Dollar sabit qaldı, avro, rubl bahalaşdı

Dollar sabit qaldı, avro, rubl bahalaşdı

23-05-2017, 11:27
Oxunub: 3 888 Dollar sabit qaldı, avro, rubl bahalaşdıAzərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 23-ə olan məzənnəsini açıqlayıb

AMB-dən Bolgexeber.com-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 22-i ilə müqayisədə dəyişməyərək 1,7023 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,9047 manatdan 1,9152 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0300 manatdan 0,0301 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4760 manatdan 0,4775 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,2128 manatdan 2,2116 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7027 manatdan 0,7014 manatadək azalıb.
Dollar sabit qaldı, avro, rubl bahalaşdı
Dollar sabit qaldı, avro, rubl bahalaşdı
Dollar sabit qaldı, avro, rubl bahalaşdı
Dollar sabit qaldı, avro, rubl bahalaşdı