BolgeXeber.Com » İqtisadiyyat » ƏMDK-nin 6 saylı Ərazi İdarəsi vətəndaşlara necə xidmət göstərir?(VİDEO)

ƏMDK-nin 6 saylı Ərazi İdarəsi vətəndaşlara necə xidmət göstərir?(VİDEO)

23-05-2017, 13:37
Oxunub: 5 441 ƏMDK-nin 6 saylı Ərazi İdarəsi vətəndaşlara necə xidmət göstərir?(VİDEO)"Bölgə TV" Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətini işıqlandırmağa davam edir

Beyləqan rayonunda yerləşən Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi İmişli, Beyləqan, Ağcabədi, Füzuli rayonunun bəzi kəndlərinə və aprel döyüşlərində azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində xidmət göstərir.
Əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün elektron və yazılı formada göndərilən müraciətlər cavablandırılır və dərhal araşdırılır.
Müraciət edən vətəndaşlar göstərilən xidmətin yüksək səviyyədə olduğunu bildiriblər.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyev səyyar xidmətlər çərçivəsində maarifləndirmə işlərinin də aparıldığını qeyd edib.

Rubrikamızın növbəti reportajı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər 7 saylı ərazi idarəsi haqqında olacaq.

Bolgexeber.com