BolgeXeber.Com » Xəbərlər » Sərgidə 21.235 AZN-ə ayaqqabı satılıb - VİDEO

Sərgidə 21.235 AZN-ə ayaqqabı satılıb - VİDEO

23-05-2017, 16:08
Oxunub: 2 330 Sərgidə 21.235 AZN-ə ayaqqabı satılıb - VİDEOTürkiyədə Osmanlı dövründə xüsusi otaqlara giriş üçün istifadə olunan ayaqqabıların formasında yeni ayaqqabı istehsal olunub

Publika.az xəbər verir ki, İstanbul şəhərində yerləşən Pullman Konqres Mərkəzində " Eksposhoes 2017 Ayaqqabı" sərgisi keçirilib. Genişmiqyaslı sərgidə Türkiyənin 120-dən çox ayaqqabı firması iştirak edib. Sərgiyə 57 ölkədən 300-ə yaxın xarici firma və 1200 nəfərdən çox qonaq qatılıb.
Sərgidə Osmanlı dövrünə aid dizaynda hazırlanan bir cüt ayaqqabı da sərgilənib. Ayaqqabı rus iş adamı tərəfindən 45 min lirəyə (21.235 AZN) alınıb.
Sərgi may ayının 25-ə qədər davam edəcək.


Has Oda Ayakkabısı 45 Bin TL'ye Satıldı by haberler