BolgeXeber.Com » Xəbərlər » Azərbaycan Prezidenti qalib idmançılarla görüşüb

Azərbaycan Prezidenti qalib idmançılarla görüşüb

23-05-2017, 14:41
Oxunub: 1 922 Azərbaycan Prezidenti qalib idmançılarla görüşübMayın 23-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib

Bolgexeber.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri görüşdə iştirak ediblər.

Prezident İlham Əliyev görüşdə nitq söyləyib.

Sonra IV İslam Həmrəyliyi Oyunlarında ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.