BolgeXeber.Com » Dünya » Arvadı tərəfindən xəyanətə uğrayan azərbaycanlı oliqarxın milyard dollarlıq villası — VİDEO

Arvadı tərəfindən xəyanətə uğrayan azərbaycanlı oliqarxın milyard dollarlıq villası — VİDEO

24-05-2017, 09:29
Oxunub: 3 327 Arvadı tərəfindən xəyanətə uğrayan azərbaycanlı oliqarxın milyard dollarlıq villası — VİDEOŞəxsi həyatında baş verən qalmaqallarla gündəmə gələn azərbaycanlı oliqarx Fərhad Əhmədov villasının görüntülərini paylaşıb

Bolgexeber.com missiya.az-a istinadən xəbər verir ki, oliqarx İsmayıllı rayonunda yerləşən villasının görüntülərini öz “Facebook” səhifəsində paylaşıb.

Görüntülərdə onun villasının xüsusi dizayn edildiyi öz əksini tapıb. Villanın ətrafında böyük göl və torpaq sahəsi var.

Qeyd edək ki, Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədova ilə qalmaqal yaşayır. Oliqarx öz məxfi bəyanatında Tatyananı çoxsaylı eşq xəyanətlərində, həmçinin oğlunun sinif yoldaşının qardaşı ilə ittiham etmişdi.

London Ali Məhkəməsinin qərarına görə, Azərbaycanlı oliqarx Tatyana Əhmədovaya 453 milyon avro ödəməlidir. Bu boşanma prosesi Böyük Britaniyada ən bahalılardan biridir. Xatırladaq ki, bir neçə gün əvvəl dünya mətbuatı oliqarxın ona xəyanət edən arvadının fotosunu yaymışdı.