Sement bazarında fırıldaqçılar peyda olub
25-05-2017, 12:02
Oxunub: 2 505
Kisələrdəki sement deyil, rəng vurulmuş adi əhəng tozudur
“Hamı yerli mal alsın” -bu fikir o demək deyil ki, sahibkarlar da bundan istifadə edib keyfiyyətsiz istehsala üstünlük verməlidirlər. Daha doğrusu, asan qazanc əldə etməlidirlər.Məsələn, tikinti bazarlarında satılan inşaat materiallarından başlıcası sementdir ki, artıq Şəki, Bərdə, Ağdam, Ağcabədi, Qazax, Ağstafa rayonlarında fəaliyyət göstərən topdan satış tikinti malları mağazaları bəzi sahibkarların istehsal etdikləri sementlərin satışından imtina edirlər. Buna səbəb kimi, sement alıcılarının keyfiyyətsiz istehsal olunan sementləri almaqdan imtina etmələri göstərilir.
Adının çəkilməsini istəməyən topdan satış mərkəzi rəhbərlərindən birinin verdiyi məlumata görə, “Holcim Azerbaijan” ASC-nin məhsulları istisna olmaqla, digər firmaların istehsalı olan sementləri alanlar az saydadır. Səbəbi də artıq 3 bel quma 2 bel sement qatılmasına baxmayaraq, palçıq quruduqdan bir neçə saat sonra ovxalanaraq tökülməsidir. Kisələrdəki sement deyil, rəng vurulmuş adi əhəng tozudur.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl bu mövzu KİV-lərdə qabardıldı, aidiyyatı nazirliklərə çağırışlar edildi. Məsələyə o zaman münasibət bildirən Azad İstehlakçılar Cəmiyyətinin sədri Eyyub Hüseynovun qənaətinə görə, belə saxta və keyfiyyətsiz sement istehsalçıları bir-iki deyil, çoxdur.
Əgər bu sektora ciddi nəzarət edilməsə, keyfiyyətsiz sement istehsal edən sahibkarlar gələcəkdə böyük faciələrə səbəb olacaq.
Faktinfo.az
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə