BolgeXeber.Com » Dünya » Roma Papası Melaniya Trampdan ərinin nə ilə qidalandığını soruşub – VİDEO

Roma Papası Melaniya Trampdan ərinin nə ilə qidalandığını soruşub – VİDEO

25-05-2017, 14:29
Oxunub: 2 740 Roma Papası Melaniya Trampdan ərinin nə ilə qidalandığını soruşub – VİDEORoma Papası Fransisk Tramp ailəsi ilə görüşərkən ABŞ prezidentinin menyusu barədə sual verib

Oxu.Az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Ona nə yedizdirirsiniz? Potisa (fındıqlı Sloveniya ruleti –red.)?”, - Pontifik Melaniya Trampdan soruşub.

Birinci xanım söhbətin əslən olduğu Sloveniyanın ənənəvi yeməyindən getdiyini ilk olaraq anlamayıb. Jurnalistlər onun “potisa” sözünü “pizza” kimi eşitdiyini ehtimal edirlər.

“Potisa? Ah, hə”, - deyə Melaniya Tramp gülümsəyib.

“New York Times” Donald Trampın sevimli yeməyinin yaxşı qızardılmış steykin olduğunu yazmışdı. “Associated Press”in məlumatına görə, ABŞ prezidenti onu ketçup ilə yeməyi xoşlayır.