BolgeXeber.Com » Xəbərlər » “Palsüd” aldı, çürümüş qatıq çıxdı - VİDEO

“Palsüd” aldı, çürümüş qatıq çıxdı - VİDEO

25-05-2017, 16:15
Oxunub: 1 682 “Palsüd” aldı, çürümüş qatıq çıxdı - VİDEOBakıda alıcının marketdən aldığı süd əslində qatıq çıxıb

Cebhe.info-ya şikayət edən alıcı bildirib ki, “Pal” firmasının süd məhsulunu alıb. Lakin südü istifadə etmək istəyərkən gördüyü mənzərə onu təəccübləndirib.

Şiakyətçi bildirib ki, süd adı ilə aldığı məhsul çürümüş qatıq çıxıb. 2 manata alınan məhsulun hələ 3 ay istifadə müddəti var. Bu isə o deməkdir ki, məhsulun üzərində göstərilən tarix heç də hər şeyi həll etmir. Ya tarix dəyişdirilib, ya da məhsul əvvəlcədən belə keyfiyyətsiz olub.

Adından bəhs etdiyimiz həmin məhsulu sizə təqdim edirik.

Xatırladaq ki, Standartlama, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 ilə yaxındır dayandırılması ilə əlaqədar olaraq qida zəhərlənmələrinin sayı artıb. Təkcə bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 103 qida zəhərlənməsi baş verib ki, nəticədə 162 nəfər zərər çəkib, 3 nəfər ölüb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin yaydığı məlumata görə, yanvar-mart ayları ərzində 8 botulizm hadisəsi baş verib. Nəticədə 15 nəfər zəhərlənib. Təkcə bu ilin mart ayı ərzində 36 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 66 nəfər zərər çəkib. Bu rəqəm ötən il ərzində 625 olub, nəticədə 924 nəfər zəhərlənib. Ötən il ərzində 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib. 2015-ci ildə 659 qida zəhərlənməsi hadisəsi baş verib, bunun nəticəsində 912 nəfər zəhərlənib. Bu hadisələrdən 28-i botulizm zəhərlənməsi olub, 49 nəfər zərərçəkəndən 4-ü zəhərlənmə nəticəsində dünyasını dəyişib.