“Nar”-ın dəstək olduğu informatika üzrə ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb
25-05-2017, 16:24
Oxunub: 3 077
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Heydər Əliyev Fondu, Təhsil nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu və “Nar”-ın birgə təşkilatçılığı ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
11-ci olimpiadanın yekun nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, Bakı Dövlət Universitetinin “CtrlZ” komandası 2-ci, ADA Universitetinin “ADA U1” komandası 3-cü, Bakı Ali Neft Məktəbinin “BHOS2” komandası isə 4-cü yeri tutub
Qaliblər Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi tərəfindən fəxri fərman və diplomlarla, eləcə də “Nar” operatoru ilə “BestComp Group” şirkətinin təqdim etdikləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, eyni zamanda qaliblər sırasından seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir. Müxtəlif sahələri əhatə edən çoxşaxəli “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri də məhz gənc kadrların yetişdirilməsi və təhsil sahəsidir.
“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər