BolgeXeber.Com » Media » Vüqar Səfərli: Katibələrə ev verilməyəcək

Vüqar Səfərli: Katibələrə ev verilməyəcək

25-05-2017, 18:39
Oxunub: 3 195 Vüqar Səfərli: Katibələrə ev verilməyəcəkAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli son günlər jurnalistlər üçün inşa edilmiş binadan KİV-lərdə çalışan texniki işçilərə evlərin verilməyəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib

Bolgexeber.com-un məlumatına görə, o, movqe.az açıqlamasında bildirib ki, texniki işçilər dedikdə, yaradıcılıq prosesində iştirak etməyən, KİV-lərdə çalışan katibə, kargüzar, sürücü, xadimələr və sair nəzərdə tutulur:

“Yəni, bütün KİV-lərdə sözügedən vəzifələri tutan şəxslər jurnalistlər üçün inşa edilmiş binadan ev almağa namizəd ola bilməzlər. Digər işçilər, o cümlədən KİV-lərdə texniki yaradıcılıq prosesində iştirak edən əməkdaşların namizədlikləri də qoyulan şərtlərə uyğun olaraq işlədikləri qurumlar tərəfindən irəli sürülə bilər”.