BolgeXeber.Com » Xəbərlər » Açıq-saçıq geyinən qadınlar kişilərin orucunu pozur…?

Açıq-saçıq geyinən qadınlar kişilərin orucunu pozur…?

25-05-2017, 18:52
Oxunub: 1 971 Açıq-saçıq geyinən qadınlar kişilərin orucunu pozur…?Bu il Ramazan ayı mayın 27-də başlayacaq

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs ayın başlanması ilə əlaqədar fətva verib, Ramazan təqvimini də açıqlayıb.

Təqvimə görə, Ramazan ayının Qədr gecələri iyunun 13-ü, 15-i, 17-si və 21-nə təsadüf edəcək. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.
Müqəddəs ayın təqviminin açıqlanması ilə ənənəvi müzakirələrə də start verilib.
Müzakirəyə çıxarılan məsələlərdən biri də açıq-saçıq geyimli birinə baxmağın oruc tutana günah yaratmasıdır.
İlahiyyatçı Elşad Miri Modern.az-a açıqlamasında məsələyə konkret yanaşıb. O bildirib ki, orucu batil edən məsələlər sırasında geyimlə bağlı fikir bildirilmir:
“Orucu pozan şeylər konkretdir: yemək, içmək və oruc vaxtı cinsi münasibətdə olmaq”.
E.Miri orucun dərk edilərək tutulmasının vacibliyini vurğulayıb:
“Oruc özünü qoruya bilməkdir, oruc nəfsini saxlamaqdır. İnsan nəyə görə oruc tutduğunu dərk etməlidir. Əsas meyar bu olmalıdır”.