BolgeXeber.Com » Dünya » Dünyanın az işləyib çox maaş alan 10 ölkəsi

Dünyanın az işləyib çox maaş alan 10 ölkəsi

26-05-2017, 11:20
Oxunub: 2 404 Dünyanın az işləyib çox maaş alan 10 ölkəsiOnların 9-u Qərb ölkəsidir...

Tez-tez insanların aldıqları maaşdan razı qalmadıqlarının şahidi oluruq. Sorğu keçirsək, əksəriyyət işlədiyinin haqqının tam verilməməsindən, əməyinin düzgün qiymətləndirilməməsindən şikayətlənər. Ekspertlər də dəfələrlə Azərbaycanda iş saatının çox, əmək haqqının isə az olduğunu bildiriblər.


Ancaq elə ölkələr var ki, orada az işləyib, çox pul alırlar. Bu ölkələrdə bir insan vergi və kommunal xərclər ödənildikdən sonra əldə qalan maaşla ürəyincə yaşaya, hətta səyahətə belə çıxa bilər. Belə ölkələrin ilk onluğunun sonunda (10-cu yerdə) Fransa gəlir. Fransa qibtə ediləcək iş şərtlərinə sahib olan bir ölkədir. 1999-cu ildə verilən bir qanuna görə, burada həftəlik iş saatı 35 saat olub. Yəni fransızlar çox qazanıb, az çalışırlar deyə bilərik. İllik orta əmək haqqı vergilər xaricində 28 min 799 dollardır. 9-cu yeri İsveç tutur. Əhəmiyyətli bir hissəsi ixracata dayanan İsveç iqtisadiyyatında xüsusilə mühəndislik sektorunun yüzdə 50-i ixracatda meydana gəlir. Bu ölkədə təhsil və səhiyyə xidmətləri tamamilə pulsuzdur. Əvəzində insanlar gəlirlərinin 42 faizini vergi vermək məcburiyyətindədirlər. Bütün bunlara baxmayaraq, İsveç ən yüksək maaş alan ölkələrdəndir. Bir isveçlinin orta illik gəliri 29 min 185 dollardır.

8-ci yerdə Kanada dayanır. Kanada Venesuela və Səudiyyə Ərəbistanından sonra dünyanın ən böyük neft ehtiyatına sahib ölkədir. Bundan başqa, ölkədə nikel, uran, alüminium kimi qiymətli mədənlər var. Bir kanadalı illik ortalama 29 min 365 dollar gəlirə sahibdir və bunun da 30 faizini vergi ödəyir. Belə verginin qarşılığında burada da təhsil və səhiyyə xidmətləri pulsuzdur. Kanadalılar həftədə yalnız 36 saat çalışırlar. 7-ci yeri Avstriya alır. Bu kiçik, tarixi və təbii gözəllikləri ilə məşhur olan ölkədə insanların yüzdə 49 nisbətində vergi ödədiklərini nəzərə alsaq, onların 31 min 173 dollar gəlirlərinin olması möhtəşəmdir. 6-cı yeri Almaniya alır. Almanlar gəlirlərinin tam yarısını vergi verirlər.

Lakin ən köhnə beynəlxalq səhiyyə sisteminə sahib Almaniyada səhiyyə xidmətlərinin və təhsilin hər mərhələsi - bağça, məktəb, texnikum, universitet tamamilə pulsuzdur. Bir almanın illik gəlir ortalaması 31 min 252 dollardır. 5-ci yerdə Avstraliya qərar tutub. Xüsusilə yemək, neft və müxtəlif məhsulların ixracat məskəni olan Avstraliyanın rifahı çox yaxşıdır. Avstraliyada illik ortalama gəlir 31 min 588 dollardır və iş saatı 36 saatdır. 4-cü yerdə isə İsveçrə dayanır. İsveçrəni insan hüquqlarına, həyat keyfiyyətlərinə, iqtisadi artımına, təhsil səviyyəsinə görə ən ideal ölkə də adlandırmaq olar. İsveçrə sənayesi Avropada ən güclü sənaye hesab edilir. Əczaçılıq və musiqi ölkədəki güclü sektorlar arasındadır. İllik ortalama gəlir 33 min 491 dollardır və həftəlik iş müddəti 35 saatdır. Üçlüyə gəldikdə isə 3-cü yeri Norveç alır. Balıqçılıq, dağ-mədən, neft deyildiyində ilk ağla gələn ölkələrdən olan Norveç təbii qaynaqlarının zənginliyi ilə ən güclü ölkələr sırasındadır. Ölkədəki səhiyyə və təhsil sisteminin keyfiyyəti də çox yüksəkdir. Burada orta illik gəlir 33 min 492 dollar, iş müddəti isə həftədə 33 saatdır. 2-ci yeri Lüksenburq alır. Lüksemburqu Avropanın maliyyə mərkəzi adlandıra bilərik. Yüzdə 37 nisbətində vergi ödəyən ölkə vətəndaşlarının orta illik maaşları 38 min 951 dollardır. Və nəhayət, 1-ci yeri ABŞ tutur. ABŞ-ı heç bir müzakirəsiz dünyanın ən güclü ölkəsi adlandıra bilərik. Bir amerikalının orta illik gəliri 41 min 355 dollardır. Rəqəm hər nə qədər yüksək olsa da, dövlət səhiyyə xərclərini qarşılamır.