BolgeXeber.Com » Sosial » Uşaqlara XOŞ XƏBƏR: İyunun 1-də Bakı bulvarında attraksionlar pulsuz olacaq

Uşaqlara XOŞ XƏBƏR: İyunun 1-də Bakı bulvarında attraksionlar pulsuz olacaq

26-05-2017, 16:27
Oxunub: 2 683 Uşaqlara XOŞ XƏBƏR: İyunun 1-də Bakı bulvarında attraksionlar pulsuz olacaq1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Dənizkənarı Milli Parkda attraksionlar, qatarlar və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək

Bolgexeber.com
-un trend-ə istinadən verdiyi məlumata görə, Dənizkənarı Bulvar İdarəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 15:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə edə bilərlər.

Aksiyada üç uşaq qatarı, iki avtodrom, iki karnaval, uşaq pavilyonu, “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Şəfəq” və “Mirvari” gəzinti gəmiləri azyaşlılara ödənişsiz xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.