BolgeXeber.Com » Xəbərlər » Mariya Zaxarova səfirliyə gəldi, Azərbaycan xiyarını çox bəyəndi

Mariya Zaxarova səfirliyə gəldi, Azərbaycan xiyarını çox bəyəndi

27-05-2017, 09:39
Oxunub: 2 011 Mariya Zaxarova səfirliyə gəldi, Azərbaycan xiyarını çox bəyəndiXəbər verdiyimiz kimi, bu gün Moskvada Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə qəbul keçirilib

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, başqa qonaqlarla yanaşı, tədbirə Rusiya XİN başçısının müavini Qroqori Krasin və həmin qurumun mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova qatılıblar.
Tədbirdən sonra özünün “Facebook” səhifəsində təəssüratlarını bölüşən Mariya Zaxarova etiraf edib ki, səfirliyə gələrkən 10 dəqiqə oturandan sonra çıxıb getməyi düşünürmüş, lakin “xalq axını” və “canlı ünsiyyət” onu 1 saat səfirlikdə saxlayıb.
Rusiya XİN mətbuat xidməti rəhbərinin sözlərinə görə, Azərbaycan səfirliyində bayram süfrəsi plov, müxtəlif şorabalar və digər qida məhsulları ilə dolub daşırmış. Səfirliyi tərk edərkən diplomat özü ilə “masadan yadigar olaraq” xiyar və gilas götürüb və bununla bağlı yazıb: “Yeri gəlmişkən, Azərbaycan xiyarından yaxşısı yoxdur”.
Mariya Zaxarova səfirliyə gəldi, Azərbaycan xiyarını çox bəyəndi