BolgeXeber.Com » Müsahibə-Reportaj » "Dindar deyiləm, səfərə gedəcəm, əqidəm belədir..." - Hansı millət vəkilləri oruc tutacaq?

"Dindar deyiləm, səfərə gedəcəm, əqidəm belədir..." - Hansı millət vəkilləri oruc tutacaq?

27-05-2017, 11:57
Oxunub: 5 749  "Dindar deyiləm, səfərə gedəcəm, əqidəm belədir..." - Hansı millət vəkilləri oruc tutacaq?"Heç vaxt oruc tutmamışam. Bu dəfə də tutmayacağam”

Bu gün müsəlman dünyasnın müqəddəs ayı sayılan Ramaz ayı başlayır. Bu ayda insanlar oruc tutaraq Allaha ibadət edirlər.

Unikal.org bununla bağlı deputatlar arasında sorğu keçirib.

Millət vəkili Siyavuş Novruzov deyib ki, hər il olduğu kimi bu il də oruc tutacaq:
"Artıq 10 ildir oruc tuturam. Ramazan ayının başlanması münasibəti ilə xalqımızı təbrik edirəm. Allah ibadətlərini qəbul etsin”.

Millət vəkili Zahid Oruc: "Ramazan ayı müsəlman dünyası üçün müqəddəs məna daşıyır. İllərdən bəri bu müqəddəs ay günümüzə gəlib çıxıb. Ramazan aclığı, yoxsulluğu hədəf edən ilahi bir aydır. Mənə oruc tutmağımla bağlı hər zaman sual ünvanlanır. Oruc tutmamağım sırf işimlə əlaqədardır. Yəqin ki, bu dəfə də belə olacaq. Qarşıdakı günlərdə xarici səfərə gedəcəm. Xalqımızın Ramazana ayını təbrik edirəm”.

Millət vəkili Aydın Mirzəzadə: "Oruc tutmuram. Digər adətlərə riayət edirəm. Oruc tutmamağım sırf işimlə bağlıdır. Rayonlara gedirəm deyə iş qrafikim çoxdur”.

Millət vəkili Fazil Mustafa: "Hər il olduğu kimi bu il də oruc tutacam. Allahdan oruc tutanların ibadətlərini qəbul etsin”

Millət vəkili Asim Mollazadə: "Heç vaxt oruc tutmamışam. Bu dəfə də tutmayacağam”.

Millət vəkili Araz Əlizadə: "Ömründə heç vaxt oruc tutmamışam. Çünki dindar deyiləm”.

Xanım millət vəkili Gövhər Baxşəliyeva: "Mən heç vaxt oruc tutmuram. Düşünmürəm ki, nə vaxtsa oruc tutam. Oruc tutmamağımın səbəbi səhhətim yox, əqidəmdir.Özümü isə müsəlman xanım sayıram. İki dəf Ümrə ziyarətində olmuşam. İslamdakı oruc tutmaq, hicab taxmaq kimi məsələlərə riayət etmirəm”.

Millət vəkili Rövşən Rzayev: "Mən Allah adamıyam. Tanrımızı tanıyıram. Amma oruc tutmuram. Oruc tutanların Allah niyyətlərin qəbul etsin. Oruc tutmamağım işimlə bağlı olan məsələ deyil. Ümumiyyətlə İslamda elə əməllərvar ki, mən onu edə bilmirəm".