BolgeXeber.Com » Ölkə » Özəllər endirir, dövlət artırır: Təhsil sektorunda nə baş verir?

Özəllər endirir, dövlət artırır: Təhsil sektorunda nə baş verir?

27-05-2017, 12:37
Oxunub: 2 291 Özəllər endirir, dövlət artırır: Təhsil sektorunda nə baş verir?Özəl universitetlər illik təhsil haqlarını aşağı salıb. Hətta bəzi təhsil ocaqları illik ödənişi 50 faizədək endirib

Dövlət universitetlərində isə əksinə, təhsil haqları artırılıb.

Bəs bunun səbəbi nədir? Özəl universitetlərdə təhsil haqqlarının endirilməsi, dövlət universitetlərində isə qaldırılması təhsilin səviyyəsinə necə təsir edəcək? Bu abituriyentlərin dövlət universitetlərindən üz döndərməsinə səbəb olmayacaq?

Məsələni şərh edən Azərbaycan Texniki Universitetinin İctimai Şurasının sədri, Bakı Dövlət Universitetinin professoru, təhsil üzrə ekspert Şahlar Əsgərov bunun müsbət nəticələri ola biləcəyini bildirib:

"Təhsil haqlarının özəl universitetlərin bəzilərində endirildiyi üçün abituriyentlərin həmin təhsil müəssisələrinə daha çox meyl etməsinə səbəb olması gözləniləndir. Əslində ali təhsil müəssisələrinin təhsil haqları bazar münasibətləri ilə tənzimlənməlidir. Azərbaycan gənc ölkə olduğundan bu sahədə bazar münasibətləri hələ tam formalaşmayıb. Bu səbəbdən də qiymətlər inzibati yollarla tənzimlənir. Özəl universitetlər təhsil haqlarını aşağı salıblarsa, bu faydalı bir şeydi. İndi ali təhsil kasıb ailələr üçün də əlçatan olacaq. Bu da ali təhsilli insanların sayının artması deməkdir. Dövlət universitetlərinin bəzi fakültələrinə tələb yüksək olduğundan qiymətlər qalxa bilər, tələb az olan fakültələrdə isə əksinə endirilə bilər. Dediyim kimi, bu, tələb və təklifdən irəli gələn məsələdir". ("Qaynarinfo")