BolgeXeber.Com » Xəbərlər » Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxılıb: 1 ölü, 1 yaralı

Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxılıb: 1 ölü, 1 yaralı

27-05-2017, 13:14
Oxunub: 1 918 Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbədən yıxılıb: 1 ölü, 1 yaralıBakıda faciəli hadisə baş verib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki hotellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar.

Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır.

Faktla bağlı araşdırma aparılır.