BolgeXeber.Com » Xəbərlər » Moskvada polislər “Hamlet” tragediyasını oxuyan 10 yaşlı oğlanı saxlayıblar – VİDEO (18+)

Moskvada polislər “Hamlet” tragediyasını oxuyan 10 yaşlı oğlanı saxlayıblar – VİDEO (18+)

27-05-2017, 13:19
Oxunub: 2 224 Moskvada polislər “Hamlet” tragediyasını oxuyan 10 yaşlı oğlanı saxlayıblar – VİDEO (18+)Rusiyanın paytaxtı Moskvada polislər Vilyam Şekspirin “Hamlet” tragediyasını oxuyan 10 yaşlı oğlanı saxlayıblar

Oxu.Az Mediazona-ya istinadən xəbər verir ki, uşağın atası İlya Skvaronski bildirib ki, polislər uşağı dilənçilikdə şübhəli biliblər.

İ.Skvaronskinin sözlərinə görə, uşaq “Hamlet” tragediyasını oxuyan zaman polislər ona yaxınlaşıblar: “Hüquq-mühafizə orqanlarının əməkdaşları uşağa qarşı zor tətbiq edərək polis bölməsinə aparıblar”.

Hadisədən sonra saxlanılan oğlanın vəkili bildirib ki, polis məsələ ilə bağlı üzrxahlıq edib. İnsidentlə bağlı araşdırma aparılacaq.

Qeyd edək ki, videoda qeyri-etik sözlərdən istifadə edilir.