BolgeXeber.Com » İdman » "Beşiktaş" 15-ci dəfə Türkiyə çempionu oldu

"Beşiktaş" 15-ci dəfə Türkiyə çempionu oldu

29-05-2017, 11:21
Oxunub: 3 093 "Beşiktaş" 15-ci dəfə Türkiyə çempionu oldu"Beşiktaş" klubu tarixində 15-ci dəfə Türkiyə çempionu olub

Bolgexeber.com Report-a istinadan xəbər verir ki , Şenol Günəşin baş məşqçisi olduğu komanda ardıcıl ikinci mövsüm qızıl medalları Super Liqada sona 1 tur qalmış təmin edib.

XXXIII turda "Qaziantepspor"un qonağı olan "qara qartallar" 4:0 hesablı qələbəyə nail olub. Bununla da xallarını 74-ə çatdıran "Beşiktaş" ən yaxın izləyicisi "Başakşehirspor"u 4 xal geridə qoyub.

Qeyd edək ki, "Beşiktaş" 2017-2018 mövsümündə mübarizəyə birbaşa Çempionlar Liqasının qrup mərhələsindən başlayacaq.