Horadizdə Bayraq Muzeyi tikilir - FOTOLAR
29-05-2017, 10:10
Oxunub: 2 677
- Bayraq hər bir dövlətin mövcudluğunun simvolu, azadlığının rəmzidir
Dövlətin varlığını, fəxarətini, tarixini, milli mənsubluğunu, dəyər və mənəviyyatını özündə cəmləşdirən atributudur. Dövlətin tarixi, mübarizə əzmi bayraqla tanınır, bayraqla ucalır. Hər bir azərbaycanlı Azərbaycanın üçrəngli bayrağını özünün qürur mənbəyi hesab edir. Sevindirici haldır ki, Bakı ilə yanaşı respublikanın bölgələrində də üçrəngli bayrağımızın şərəfinə Bayraq meydanları tikilir, muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir.
Bolgexeber.com xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhərində Dövlət Bayrağı meydanının ərazisində Bayraq Muzeyi inşa edilirr. Ümumi sahəsi 300 kvadratmetrə yaxın olan Bayraq Muzeyinin binası bir mərtəbəli, səkkizgüşəli ulduz formasındadırr.
Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bayraqları, gerblər, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzlərinin qorunub saxlanılması nəzərdə tutulur.
Horadizdə inşa olunacaq Bayraq Muzeyində nümayiş etdirilən eksponatlar rayon sakinlərinin və rayona gələn qonaqların şanlı tariximiz haqqında geniş təsəvvür yaratmalarına imkan verəcəkdir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə