BolgeXeber.Com » Sosial » Azərbaycanda ayda 150 manat ödəməklə kimlər ev ala bilər? – SİYAHI

Azərbaycanda ayda 150 manat ödəməklə kimlər ev ala bilər? – SİYAHI

30-05-2017, 14:03
Oxunub: 3 998 Azərbaycanda ayda 150 manat ödəməklə kimlər ev ala bilər? – SİYAHIDövlət başçısının müvafiq fərmanı ilə təsdiq olunmuş Qaydaya əsasən aşağıdakı kateqoriyalara aid olan şəxslər güzəştli mənzil əldə etmək hüququna malikdirlər

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
1) Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
2) Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
3) Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
4) Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
5) Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
6) Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
7) İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
Bununla yanaşı, yaşından və ailə vəziyyətindən asılı olmayaraq, aşağıdakı şəxslər də güzəştli mənzil əldə etmək hüququna malikdirlər:
1) Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
2) Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
3) Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
4) Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
Gələcəkdə bu kateqoriya şərtlərinin genişləndiriləcəyi gözlənilir.
Qeyd edək ki, gənclər haqqında qanuna görə, gənc ailə dedikdə, yaşları 35-ə qədər olan iki şəxsin nikahı nəticəsində yaranan ailə nəzərdə tutulur. Bundan başqa, yaşı 35-ə qədər olan, himayəsində uşaq olan tək valideyn də gənc ailə sayılır. (metbuat.az)