Ucuz evlərə görə insanlar "ASAN xidmət"ə axın etdi - FOTO
31-05-2017, 09:16
Oxunub: 3 744
"ASAN Xidmət" mərkəzlərində güzəştli mənzil əldə etmək istəyənlərin qeydiyyatı başlayıb
Bolgexeber.com xəbər verir ki, bu barədə "ASAN xidmət" Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov metbuat.az-a açıqlamasında deyib.
"Mayın 30-dan etibarən Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) "ASAN xidmət" mərkəzlərində ( I, III, V saylı) və Sumqayıt "ASAN xidmət" mərkəzində güzəştli mənzilləri əldə etmək istəyən şəxslərin elektron qeydiyyatını həyata keçirəcək".
MİDA-nın mətbuat xidmətinin rəhbəri Diana Dadaşova açıqlamasında deyib: "Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. "Elektron hökumət" portalında "Güzəştli mənzil" sisteminə gücləndirilmiş elektron imza ilə müraciət edən vətəndaşların fərdi məlumatlarının mühafizəsini, portal vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir".
Vətəndaşlar "Elektron İmza"nı və ya "Asan İmza"nı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya "ASAN xidmət" mərkəzlərindən əldə edə bilərlər.
Şəxsi elektron kabinetin yaradılması vətəndaşın güzəştli mənzil almaq hüququnu təsdiq edir və mənzil alana qədər qüvvədədir. Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız 1 dəfə istifadə edə bilər.
"Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malik olacaqlar.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə