BolgeXeber.Com » İqtisadiyyat » Dollar sabit qaldı, avro isə bahalaşdı

Dollar sabit qaldı, avro isə bahalaşdı

31-05-2017, 10:40
Oxunub: 4 102 Dollar sabit qaldı, avro isə bahalaşdıAzərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 31-ə olan məzənnəsini açıqlayıb

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 30-u ilə müqayisədə dəyişməyərək 1,7020 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8939 manatdan 1,9016 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0301 manatdan 0,0300 manatadək azalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4756 manatdan 0,4798 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1809 manatdan 2,1805 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6970 manatdan 0,7040 manatadək bahalaşıb.
Dollar sabit qaldı, avro isə bahalaşdı
Dollar sabit qaldı, avro isə bahalaşdı
Dollar sabit qaldı, avro isə bahalaşdı
Dollar sabit qaldı, avro isə bahalaşdı