BolgeXeber.Com » Şou-Biznes » Müğənni Elton “Maşın şou”nu və Muradı tənqid etdi- "GERÇƏKLƏRİ DEMƏK LAZIMDIR, MİLLƏTİN PULU BOŞ-BOŞUNA GEDİR" - FOTOLAR

Müğənni Elton “Maşın şou”nu və Muradı tənqid etdi- "GERÇƏKLƏRİ DEMƏK LAZIMDIR, MİLLƏTİN PULU BOŞ-BOŞUNA GEDİR" - FOTOLAR

31-05-2017, 15:30
Oxunub: 5 106 Müğənni Elton “Maşın şou”nu və Muradı tənqid etdi- "GERÇƏKLƏRİ DEMƏK LAZIMDIR, MİLLƏTİN PULU BOŞ-BOŞUNA GEDİR" - FOTOLAROksana Rəsulova “Maşın-şou”nun dünən yayımlanan verilişində şouda qruplaşma olduğunu etiraf edib

“Oksana xanım, orda ən böyük qruplaşma sənin və Aqil M. Quliyevin ətrafındadır. Danışanda bir az səmimi ol!”
Bolgexeber.com-un teleqraf.com-a istinadən verdiyi məlumata görə, bu sözləri müğənni Elton Hüseynəliyev Oksana Rəsulovanın sözlərinə münasibət bildirərkən deyib.
Oksana Rəsulova “Maşın-şou”nun dünən yayımlanan verilişində şouda qruplaşma olduğunu etiraf edib və Eltonun da o qrupda yer aldığını açıqlayıb: “Şouda qruplaşma ilk gündən olub. Mən şəxsən Kənan MM-in qrupunda idim. Tolik, Pərvin Abıyeva, Aqil M. Quliyev və Sərxan, İslam və Elton isə orada idi. Elton çıxandan sonra o qrup fəaliyyətini dayandırdı”.
Elton Hüseynəliyevin cavabı çox gecikməyib. Sosial şəbəkədə deyilənlərə münasibət bildirən müğənni Murad Dadaşovun da ünvanına sərt ittihamlar səsləndirib:
“Murad yaxşı elədi Kənanı saxladı, bəli, saxladı. Çünki tapşırılan iki nəfərdən biri Səbuhi, o biri Elcandı. Səbuhi getdi. Elcan, sənə uğurlar, inşallah, finalda olarsan. Mənə isə evdə olmaq daha ləzzət edir, nəinki o saxta sifətli bəzi insanların arasında.
Tolik, səninsə orda qalmağının heç bir mənası yoxdur. Yenə də özün bilərsən! Kənan sənə halaldır. Orada bir tək səndə, bir də Nadirdə gördüm səmimiyyəti…
“Maşın şou” Muradın şousudur. O, nə istəyir, o da olur. Mən ora getdiyimə çox peşmanam. Mənim Elcanla heç bir işim yox idi. Bu, Muradın oyunu idi. Mən də oynadım və uduzdum. Həyat isə davam edir.
Amma gerçəkləri demək lazımdır ki, camaat bilsin. Millətin pulu boş-boşuna gedir”.