BolgeXeber.Com » Dünya » Dünyanın ən sülhsevər ölkələrinin siyahısı açıqlanıb-İslandiya birinci, Suriya sonuncu

Dünyanın ən sülhsevər ölkələrinin siyahısı açıqlanıb-İslandiya birinci, Suriya sonuncu

1-06-2017, 15:06
Oxunub: 2 968 Dünyanın ən sülhsevər ölkələrinin siyahısı açıqlanıb-İslandiya birinci, Suriya sonuncuSon il ərzində bir çox ölkələr Qlobal Barış İndeksində (Global Peace Index) öz mövqelərinin yaxşılaşdıra bilib, bu da onun 2014-cü ildən bu yana ilk dəfə bir qədər artmasına səbəb olub

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) Londonda dərc etdiyi tədqiqatında deyilir. Tədqiqatda dünya əhalisinin 99,7% yaşadığı 163 ölkədə vəziyyət təhlil edilir.

Bu il də reytinqə artıq doqquzuncu dəfə İslandiya başçılıq edir, növbəti yerləri isə Yeni Zelandiya və Portuqaliya tutur.
Azərbaycan sıralamada 132, Rusiya – 151-ci yerdədir.

Suriyada artıq ikinci ildir "sülhsevər ölkələrin” siyahısını bağlayır. Ondan bir pillə yuxarıda Əfqanıstan (162) və İraq (161), sonra isə Cənubi Sudan (160) və Yəmən (159) yerləşir.