BolgeXeber.Com » Ölkə » Maşın 2-ci sinif şagirdini vurub öldürdü - Məktəbin qarşısında faciə-VIDEO

Maşın 2-ci sinif şagirdini vurub öldürdü - Məktəbin qarşısında faciə-VIDEO

1-06-2017, 16:52
Oxunub: 2 484 Maşın 2-ci sinif şagirdini vurub öldürdü - Məktəbin qarşısında faciə-VIDEOZaqatala şəhərində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində, Nizami Hüseynov adına 2 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Məktəbin 2-ci sinif şagirdi Şirdanov İsmayıl Elçin oğlu dərsdən çıxıb yolu keçən zaman "Mercedes” markalı, 99 HB 485 dövlət nömrə nişanlı avtomobillə vurulub.

Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.