BolgeXeber.Com » İqtisadiyyat » Dollar kreditləri ilə bağlı qərar verildi – Konstitusiya Məhkəməsi

Dollar kreditləri ilə bağlı qərar verildi – Konstitusiya Məhkəməsi

1-06-2017, 17:39
Oxunub: 3 619 Dollar kreditləri ilə bağlı qərar verildi – Konstitusiya Məhkəməsi “Konstitusiyanın tələblərinə əsaslanaraq valyuta, bank və mülki qanunvericilik kredit və əmanət üzrə münasibətlərin obyekti kimi xarici valyutanın dövriyyəsini nəinki istisna edir, əksinə onun mülkiyyətçilərinin hüquqlarının müdafiəsinə təminat verir

Bu günlərdə belə bir fərdi fikir səslənmişdir ki, Konstitusiya Məhkəməsi tərəfindən kreditlərin xarici valyutada verilməsi ilə bağlı qəbul edilmiş qərarda borcluların mənafeləri tam şəkildə nəzərə alınmamışdır.

Bolgexeber.com xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinə ünvanlanan sualda qeyd olunub.

“Konstitusiyanın tələblərinə əsaslanaraq valyuta, bank və mülki qanunvericilik kredit və əmanət üzrə münasibətlərin obyekti kimi xarici valyutanın dövriyyəsini nəinki istisna edir, əksinə onun mülkiyyətçilərinin hüquqlarının müdafiəsinə təminat verir.

Həmin qərarda Konstitusiya Məhkəməsi bir sıra normativ hüquqi aktların müvafiq müddəalarını təhlil edərək hesab etmişdir ki, kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilər və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.

İkinci məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu mülki qanunvericiliyin müvafiq maddələrini şərh edərək belə nəticəyə gəlmişdir ki, kredit müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməlidir. Lakin müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.

Konstitusiya Məhkəməsinin Plenumunu onu da vurğulamışdır ki, bazar iqtisadiyyatında və hüquqi cəmiyyətdə qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərə riayət edilməsi və icra edilməsi mülki-hüquq münasibətləri üçün vacibdir.

Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu Qərarın nəticə hissəsində əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi barədə tövsiyə vermişdir”, - deyə Məhkəmənin mətbuat xidmətindən qeyd edilib.