BolgeXeber.Com » İdman » Maradonanın əllə vurduğu qolu görməyən hakim dünyasını dəyişib-VIDEO

Maradonanın əllə vurduğu qolu görməyən hakim dünyasını dəyişib-VIDEO

2-06-2017, 10:46
Oxunub: 3 220 Maradonanın əllə vurduğu qolu görməyən hakim dünyasını dəyişib-VIDEO1986-cı il dünya çempionatında İngiltərə yığması ilə 1/4 final matçında Argentina milli komandasının futbolçusu Dieqo Maradonanın əllə vurduğu qolu görməyən bolqarıstanlı keçmiş yan xətt hakimi Boqdan Doçev vəfat edib

Bolgexeber.com
report-a istinadən xəbər verir ki, Doçev 80 yaşında ikən dünyasını dəyişib.

Qalmaqallı qol 51-ci dəqiqədə qeydə alınıb. Maradona yumruğu ilə topu rəqib qapısına göndərib. Bununla da Argentina 2:1 hesablı qələbə sayəsində yarımfinala yüksəlib. Oyunsonrası mətbuat konfransında əfsanəvi futbolçu topun yarısının başla, yarısının Allahın əli ilə vurulduğunu bildirib.
Doçev isə Allahın əli barədə danışmağı sevmədiyini və bütün şayiə, söz-söhbətlərə rəğmən, hər zaman təmiz olduğunu söyləyib: "Bu epizod həyatımı darmadağın etdi. Məni daim ittiham edirlər. Amma heç bir günahım yox idi".

Qeyd edək ki, Boqdan Doçev 1970 - 1986-cı illərdə hakim olub. Dieqo Maradonanın qol epizodu ilə əlaqədar insident üzündən o, karyerasını başa vurmalı olub.