BolgeXeber.Com » İqtisadiyyat » Rusiya Türkiyədən ən azı 3 il pomidor almayacaq

Rusiya Türkiyədən ən azı 3 il pomidor almayacaq

2-06-2017, 13:03
Oxunub: 3 169 Rusiya Türkiyədən ən azı 3 il pomidor almayacaq“Türkiyədən pomidor alışı ilə bağlı qadağanın müddəti ən azı üç il uzadılacaq”

Trend xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev deyib.

Nazir Rusiyanın pomidor idxalını təqribən iki dəfə azaltdığını bildirib:

“Ölkəmizdə 800 min ton pomidor istehsal edirik. İstehsal həcmini təqribən daha yarım milyon ton artırmalıyıq. İdxalla bağlı qadağa hələ 3-5 il qüvvədə qalacaq. Buna görə də Türkiyədən pomidor alışından söhbət gedə bilməz”.