BolgeXeber.Com » İqtisadiyyat » Vətəndaş xidmətə deyil xidmət vətəndaşa çatdırılır: İş yerində daha bir “Kütləvi çıxarış” kampaniyası keçirilib

Vətəndaş xidmətə deyil xidmət vətəndaşa çatdırılır: İş yerində daha bir “Kütləvi çıxarış” kampaniyası keçirilib

2-06-2017, 13:35
Oxunub: 3 604 Vətəndaş xidmətə deyil xidmət vətəndaşa çatdırılır: İş yerində daha bir “Kütləvi çıxarış” kampaniyası keçirilibƏmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi və sürətlənməsi ilə bağlı tədbirlərini davam etdirir

Hər dəfə bu istiqamətdə təbirlər keçirilən zaman, paralel olaraq da yeniliklər tətbiq edilir. Məqsəd isə daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin ölkə əhalisi üçün daha rahat və innovativ üsullarla çatdırılması, bu sahədə operativlik və əlçatanlığın artırılması, habelə vətəndaş məmnunluğunun təmin olunmasıdır.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyəti əsasən sosialyönümlülüyü ilə fərqlənir. Beləki, Komitənin göstərdiyi xidmətlər vətəndaş razılığının artırılmasına, vaxta qənaət edilməsinə, çevikliyin təmin edilməsinə hesablanıb. Əhalinin bir çox sahələrdə işini daha da yüngülləşdirəcək geniş yayılan sosial layihələrdən biri də “Kütləvi çıxarış” kampaniyasıdır. Ənənəsinə sadiq qalan Əmlak Məsələləri Dövlət Komitəsi bu sahədə də innovativ üsullar tətbiq etməklə qeydiyyat xidmətlərində operativliyi artırır. “Kütləvi çıxarış” kampaniyası zamanı verilən sənəd vətəndaşların yaşadıqlar binaların həyətində, mənzillərdə təqdim olunmaqla yanaşı birbaşa iş yerlərində də verilir. Başqa sözlə əhali iş prosesi və gündəlik fəaliyyət rejimdən ayrılmadan daha rahat şəkildə əmlaklarına dair çıxarışa sahib olurlar. İş yerlərində qeydiyyat xidmətləri nəticəsində vətəndaşın qeydiyyat üçün hər hansı idarəyə müraciətinə, rayon mərkəzlərinə getməsinə ehtiyac qalmır. Belə tədbirlər həm Bakı şəhərində, həm də respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən müəssisələrin işçiləri üçün keçirilir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 iyun tarixində Qəbələ konserv zavodunun çoxsaylı əmək kollektivi üçün birbaşa iş yerində, gündəlik iş prosesindən ayrılmadan növbəti belə çıxarış kampaniyası keçirilib. Müəssisədə çalışan vətəndaşlar birbaşa iş yerlərində evlərinin, həyətyanı torpaqlarının, pay torpaqlarının qeydiyyatına dair operativ xidmətlərlərdən yararlanıblar. Kampaniya zamanı 100-ə yaxın zavod işçisinə çıxarışlar verilib. Bunlardan 60-ı pay torpağına, 25-i həyətyanı torpaq sahəsinə, 15-i isə fərdi yaşayış evlərinə aid olub. Qeyd edilməlidir ki, çıxarışlar verilməmişdən öncə də komitə əməkdaşları tərəfindən bu müəssisədə mobil ofislər vasitəsilə yerindəcə ilkin sənədlər toplanıb. Komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı prosesində texniki məsələlərin həlli, yerində baxış və mühəndislik işlərinin aparılması, daşınmaz əmlakın müayinəsi, ərazilərdə əmlakların texniki plan-ölçüləri və çöl-ölçmə işlərinin aparılması həyata keçirilib. Bununlada vətəndaşın xidmətə deyil xidmətin vətəndaşa çatdırılması prinsipi tam təmin olunub. Yəni sənədlərin qəbulu və hazır çıxarışların verilməsi işçilərin elə çalışdıqları müəssisələrdə yerinə yetirilib.
Elə həmin gün tədbir çərçivəsində zavodda çalışan digər işçilərdən növbəti mərhələdə çıxarışla əvəz olunması üçün əvvəlki illərdə verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət sənədləri qəbul edilib. Tədbir çərçivəsində əmlaklarını sənədləşdirmək istəyən bir qrup müəssisə işçisinə hüquqi yardım xidmətləri də göstərilib. .
Daşınmaz əmlaka dair çıxarışların verilməsi hüquqi, iqtisadi, sosial baxımdan xüsusi əhəmiyyət kəsb edir. Məsələn pay torpaqlarının qeydiyyatının aparılması gələcəkdə kəndlinin subsidiya almaq imkanını artırır. Bu isə aqrar sahənin inkişaf etdirilməsinə şərait yaradır. Eyni zamanda zavodda işləyən rayon əhalisinin işdən ayrılmadan çıxarış alması, onlarda qeydiyyatla bağlı əminliyin yaranması fəaliyyətin stimullaşdırılmasına, məşğulluğun artmasına töhvə verir.
Bundan başqa çıxarışın verilməsi həmin əmlak üzərində hüquqların dövlət tərəfindən tanınması deməkdir. Bu da vətəndaşlarda belə evləri almaqda hər hansı bir maneənin olmamasına əminlik yaradır. Sənədli və dövlət qeydiyyatından keçmiş əmlaklar bu bazarda aktivliyə, əmlakla bağlı hüquqi əməliyyatların çoxalmasına səbəb olur.
Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.
Bolgexeber.com
Vətəndaş xidmətə deyil xidmət vətəndaşa çatdırılır: İş yerində daha bir “Kütləvi çıxarış” kampaniyası keçirilib
Vətəndaş xidmətə deyil xidmət vətəndaşa çatdırılır: İş yerində daha bir “Kütləvi çıxarış” kampaniyası keçirilib
Vətəndaş xidmətə deyil xidmət vətəndaşa çatdırılır: İş yerində daha bir “Kütləvi çıxarış” kampaniyası keçirilib