BolgeXeber.Com » Dünya » Hindistanda vəhşi fil 9 nəfəri öldürdü – VİDEO

Hindistanda vəhşi fil 9 nəfəri öldürdü – VİDEO

2-06-2017, 20:12
Oxunub: 4 262 Hindistanda vəhşi fil 9 nəfəri öldürdü – VİDEOHindistanın Tamilnad ştatında vəhşi filin hücumu nəticəsində 9 nəfər ölüb

Ölənlər arasında 12 yaşlı qızın da olduğu deyilir.Bolgexeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, insident iyunun 2-nə keçən gecə Koimbatur dağının ətəyindəki Vellalor rayonunda baş verib. Fil evlərdən birinə soxularaq yatan 4 nəfərə, sonra isə sahədəki 5 qadına hücum edib. Yaralıların hamısı xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Hökumət və ekoloqlar hadisənin başvermə səbəblərini müxtəlif cür izah edirlər. Ekoloqların fikrincə, filin aqressiv davranışının səbəbi onların təbii populyasiya yerlərinin insanlar tərəfindən zəbt olunmasıdır. Həmçinin son bir neçə ildə Tamilnadda baş verən quraqlıq səbəbindən filin ac olması və insanlara məhz bu səbəbdən yaxınlaşması güman olunur.