BolgeXeber.Com » Dünya » Almaniyada rok festivalında 80 min nəfər evakuasiya edilib

Almaniyada rok festivalında 80 min nəfər evakuasiya edilib

3-06-2017, 09:30
Oxunub: 3 051 Almaniyada rok festivalında 80 min nəfər evakuasiya edilibAlmaniyada "Rock am Ring" rok-festivalında terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, saxlanılanlar tədbirə xidmət göstərən şirkətin əməkdaşlarıdır. Onlardan biri radikal islamçılarla əlaqədə olmaqda şübhəli bilinir.

Ötən axşam Almaniyanın Nürburq şəhərində məşhur "Rock am Ring" rok-festivalının 80 min tamaşaçısı terror təhlükəsi ilə əlaqədar təxliyə edilib. Təşkilatçılar festival çərçivəsində keçirilən konserti dayandırmağa məcbur olublar.

"Rock am Ring" – Avropanın ən irimiqyaslı musiqi festivallarındandır. Bu il iyunun 2-dən 4-dək keçirilən festivalda “Die Toten Hosen”, “Rammstein” və “System Of A Down” kimi məşhur qrupların iştirakı nəzərdə tutulub.