BolgeXeber.Com » Şou-Biznes » Şoudan uzaqlaşdırılan aktrisa xalqa qəzəbləndi: “Mənə niyə nifrət edirsiniz?!”

Şoudan uzaqlaşdırılan aktrisa xalqa qəzəbləndi: “Mənə niyə nifrət edirsiniz?!”

3-06-2017, 11:54
Oxunub: 3 363 Şoudan uzaqlaşdırılan aktrisa xalqa qəzəbləndi: “Mənə niyə nifrət edirsiniz?!”“Maşın Şou”dan uzaqlaşdırılan aktrisa Pərvin Abıyeva qəzəbini sosial şəbəkədə bölüşüb

Aktrisa “xalq niyə mənə nifrət edir?” sualı ilə başlayan status paylaşıb: “Niyə?! Ailəmin, doğmaca qardaşımın haqqını müdafiə etdim, özümü o cür şəxsiyyətsiz qadının qarşısında sındırmadım. Mən çox istəyərdim ki, efirdə hər şeyi açıq danışım. Amma heyf, hər şeyi danışmaq olmaz. O qadın efirdə nənəsinin üzünə tüpürən qadındır. Bunu nə tez unutdu xalq? Mənim körpə qardaşıma dil uzatdı, dərsini verdim deyə mən pis oldum, nifrət qazandım?”.

Daha sonra aktrisa canlı efirdə hər kəsdən üzr istədiyini xatırladaraq qeyd edib: “Mənim ailəmə dil uzadanın dilini qopardaram. Mən inanıram ki, Murad Dadaşov özü bu haqda tədbir görəcək”.

Xatırladaq ki, “Maşın Şou”nun bugünkü buraxılışında müğənni Səidə Sultan səsverməni qazanaraq aktrisanı şoudan uzaqlaşdırıb.

Musavat.com