BolgeXeber.Com » Gündəm » Seçiciləri Kəmaləddin Qafarov haqqında nələr danışdı?(VİDEO)

Seçiciləri Kəmaləddin Qafarov haqqında nələr danışdı?(VİDEO)

5-06-2017, 16:54
Oxunub: 13 811 Seçiciləri Kəmaləddin Qafarov haqqında nələr danışdı?(VİDEO)"Deputat və seçici" adlı rubrikamızın yeni reportajı 9 saylı Binəqədi ikinci seçki dairəsindən millət vəkili seçilmiş Kəmaləddin Qafarov haqqındadır

Rubrikamızın əsas məqsədi, seçicilərin problemlərini rahatlıqla deputatlara çatdıra bilməsini təmin etməkdir.
Seçicilərin əksəriyyəti Kəmaləddin Qafarovun bir millət vəkili kimi fəaliyyətindən razı olduqlarını dedilər:
"Kəmaləddin Qafarov həm də Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir. Dəfələrlə pulsuz müayinə və müalicə günləri elan olunub. Biz də tam ödənişsiz olaraq müalicə almışıq. Hətta Kəmaləddin Qafarovun hesabına bir neçə rayon sakini ölkə xaricində belə müalicəyə göndərilib. Buna görə ona təşəkkürümüzü bildiririk. Ehtiyac olduqda, biz, ayrı-ayrılıqda da Kəmaləddin Qafarovun qəbuluna düşürük." - deyə sakinlər bildiriblər.
Qeyd edək ki, Kəmaləddin Qafarov Milli Məclisin 5-ci çağırış millət vəkilidir və Səhiyyə Komitəsinin üzvüdür.
Rubrikamızın növbəti reportajı 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən millət vəkili seçilmiş Hacı Salayev və 67 saylı Cəlilabad rayon seçki dairəsindən seçilmiş Malik Həsənov haqqında olacaq.
Bolgexeber.com