BolgeXeber.Com » İqtisadiyyat » Əmlak Məsələləri Dövlət Komitəsi tərəfində tətbiq edilən “Elektron hərrac”a qatılmaq kifayət qədər sadədir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfində tətbiq edilən “Elektron hərrac”a qatılmaq kifayət qədər sadədir

7-06-2017, 11:42
Oxunub: 3 610 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfində tətbiq edilən “Elektron hərrac”a qatılmaq kifayət qədər sadədirƏmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə 31 elektron xidmət hazırlanmış və Komitənin Elekton Xidmətlər (e-emdk.gov.az) o cümlədən Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmişdir

Tətbiq edilən elektron xidmətlərin məqsədi vətəndaşların daha cəld və minimum vaxt itkisi olmaqla xidmətlərdən istifadələrini təmin etməkdir.
Komitə tərəfindən son olaraq vətəndaşların istifadəsinə verilən “Elektron hərrac” proqramı «Nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə satışı» prosedurunun avtomatlaşdırılmasını özündə birləşdirir.
Belə ki, bu xidmət vasitəsilə artıq vətəndaş olduğu yerdən, heç bir yerə getməyərək online qayda da hərracda iştirak edə bilər. «Elektron Hərrac»da iştirak etmək üçün müvafiq elektron xidmətə daxil olmaqla (e-emdk.gov.az) həmin bölmədə əmlakların hərraclarla satışı hissəsində qeyd olunan 12-ci bölməyə (Dövlət müəssisə və təşkilatlarının, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinin və nizamnamə fondunda dövlət payı olan hüquqi şəxslərin balansında olan limitdən və tələbatdan artıq minik avtomobillərinin və digər nəqliyyat vasitələrinin, o cümlədən normativ istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin və avadanlıqların hərraclar vasitəsilə satışına aid müraciət və sənədlərin qəbulu) müraciət etmək lazımdır.
İstənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin Elektron Xidmətlər portalından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir
Elektron Hərrac proqramına daxil olmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin saytında yerləşdirilmiş «Elektron Hərrac» bölməsinə keçid etmək lazımdır. Həmin bölmədə verilən xanaları doldurmaqla İştirak qaydaları ilə tanış olmaq mümkündür. İştirak qaydaları ilə tanış olduqdan sonra İstifadəçinin sifariş verdiyi lotların siyahısı (Şəxsi kabinet) göstərilir. Bu şəxsi kabinetdə Administrator tərəfindən bütün istifadəçilərə real rejimdə mesajların göndərilməsi təmin edilir. Belə ki, saytın administratorları tərəfindən hərrac iştirakçılarına hərracların başlanması haqqında məlumat verilir. Hərrac başladıqdan sonra ilk beş dəqiqə ərzində heç bir iştirakçı tərəfindən təklif verilməsə, əlavə olunan bir dəqiqə ərzində bu vəziyyət yenə də təkrar olarsa hərrac dayandırılır, baş tutmamış sayılır. Hərrac rəqabətli keçdikdə isə iştirakçılar əmlakın ilkin satış qiymətindən əlavə təkliflər edirlər. Hər yeni təklif isə ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır. Ekranda bu barədə qırmızı şriftlə olan yazı iştirakçını xəbərdar edir. Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd olunur. Elektron Hərracda udulmuş nəqliyyat vasitəsi müvafiq qurumlar tərəfindən Qalib alıcının adına rəsmiləşdirilir.
Elektron hərracın üstün cəhətlərindən biri də qeydiyyatdan keçmədən elektron hərracın gedişatının real rejimdə izlənilməsi imkanın olmasıdır. Komitənin həyata keçirdiyi bütün bu innovativ tədbirlərin başlıca məqsədi vətəndaşların minimum vaxt itkisi olmaqla, daha operativ qayda da, müasir texnoloji üstünlüklərdən istifadə etməklə xidmətlərdən yararlanmasını təmin etməkdir.
Bolgexeber.com