BolgeXeber.Com » Dünya » İran Parlamentinə silahlı hücum: deputatlar vuruldu, girov götürülənlər var (VİDEO)

İran Parlamentinə silahlı hücum: deputatlar vuruldu, girov götürülənlər var (VİDEO)

7-06-2017, 11:55
Oxunub: 2 370 İran Parlamentinə silahlı hücum: deputatlar vuruldu, girov götürülənlər var (VİDEO)İranda üç nəfər Parlament binasına daxil olaraq atəş açıb

BAKU.WS-in məlumatına görə, iki nəfəri yaralayan, bir neçə nəfəri isə girov götürən silahlı şəxslərlə təhlükəsizlik qüvvələri arasında atışma davam edir.

Yaralanan iki nəfərin də millət vəkili olduğu iddia olunur. Silahlı hücumun hansı səbəbdən həyata keçirildiyi məlum deyil.

Tehran millət vəkili İlyas Həzrəti təcavüzkarlardan ikisinin əlində kalaşnikov avtomatı, birinin isə tapançası olduğunu açıqlayıb.

Eyni vaxtda başqa bir silahlı hücum da baş verib. Tehranın cənubunda yerləşən Ayətullah Xomeyninin abidə məzarında bir adamın atəş açdığı deyilir. Hadisə yerində çox sayda yaralı olduğu bildirilir.