BolgeXeber.Com » İqtisadiyyat » Venesuela Rusiyaya 1 mlrd. dollar ziyan vurub

Venesuela Rusiyaya 1 mlrd. dollar ziyan vurub

7-06-2017, 17:16
Oxunub: 2 965 Venesuela Rusiyaya 1 mlrd. dollar ziyan vurubRusiyanın dövlət büdcəsi Venesuelanın bu ölkəyə borcunun vaxtında ödəyə bilməməsi ilə əlaqədar 1 mlrd. ABŞ dolları itirəcək

"Report" Reuters" agentliyinə istinadən bildirir ki, bu barədə qonşu ölkənin Hesablama Palatası məlumat yayıb.
Qeyd edək ki, Venesuelanın Çinə və Rusiyaya borcları son illər sürətlə artıb. OPEC üzvü olan Venesuela kreditorları ilə yanaşı, istiqrazlarını əldə etmiş investorlara da ödəniş etməkdə çətinlik çəkir.
Rusiya Hesablama Palatasının 2017-2019-cu illər üzrə dövlər büdcə layihəsinə etdiyi düzəlişləriə Venesuelanın 2011-ci ildə Rusiyadan aldığı kredit üzrə öhdəliyini yerinə yetirmədiyi bildirilir. 2016-cı ildə hazırlanan protokola görə, həmin ilin sentyabr ayına Venesuelanın Rusiyaya faiz və cərimələr də daxil olmaqla 2,84 mlrd. dollar borcu olub.
"Reuters" bildirir ki, Rusiyanın "Rosneft" şirkəti Venesuelanın PDVSA dövlət neft şirkətinə son illər 4-5 mlrd. dollar civarında kredit verib. PVDSA-nın son aylar Rusiyaya "kredit əvəzinə neft" proqramı çərçivəsində də gecikməyə yol verdiyi deyilir.