BolgeXeber.Com » İqtisadiyyat » Rusiya dolları süni şəkildə bahalaşdırmağa hazırlaşır

Rusiya dolları süni şəkildə bahalaşdırmağa hazırlaşır

8-06-2017, 16:35
Oxunub: 3 565 Rusiya dolları süni şəkildə bahalaşdırmağa hazırlaşırRusiya Maliyyə Nazirliyi bəyan edib ki, ölkəyə kapital axınının zəiflədiyi yay aylarında valyuta bazarından dollar alışının həcmi artırılacaq və bununla da, ölkənin valyuta ehtiyatları qorunacaq

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, qurum iyulun 6-na qədər bazardan 45,1 mlrd. rubl (790 mln. ABŞ dolları) və yaxud gündəlik 2,1 mlrd. rubl (37 mln. dollar) ekvivalentində valyutanı çıxarmağı planlaşdırır. Bu isə may ayı üzrə dollar alışından 5,3 dəfə çoxdur.

Bəzi analitiklərin proqnozlarına görə, belə bir addım Rusiyada dolların məzənnəsini sentyabr ayının əvvəlinə 60 rubla çatdıra bilər. Əgər neft qiymətləri 40 dollar/barelə enərsə, o zaman dolların məzənnəsinin 70 rubla qədər yüksəlməsi də mümkündür.

Ənənəvi olaraq ilk rübdə profisitlə üzləşən Rusiyanın tədiyyə balansı yay aylarında, demək olar ki, 0-a düşür. Bu səbəbdən yaxın aylarda Maliyyə Nazirliyinin əməliyyatlarının dolların məzənnəsinə təsirinin yüksək olacağı gözlənilir.

Dolların bahalaşmasına bir başqa səbəb də Rusiya Bankının (Mərkəzi Bank) iyunun 16-da uçot dərəcəsini artırmaq barədə qərarı ola bilər.