BolgeXeber.Com » Dünya » Lionel Messi 30 milyon avroya otel alıb

Lionel Messi 30 milyon avroya otel alıb

9-06-2017, 10:01
Oxunub: 2 599 Lionel Messi 30 milyon avroya otel alıbArgentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi dördulduzlu otel alıb

“Report”un “Ekspansyon” nəşrinə istinadən verdiyi məlumata görə, dəyəri 30 milyon avro təşkil edən mehmanxana Kataloniyanın paytaxtından 40 km məsafədə olan Sitjes bələdiyyəsində yerləşir.
2013-cü ildə inşa edilən oteldə 77 nömrə var. Bar, hovuz və spa mərkəzi ilə təhciz edilən mehmanxanada gecələməyin qiyməti 250 - 300 avro aralığındadır.
Qeyd edək ki, Lionel Messi "Forbes" jurnalının 2017-ci il üçün açıqladığı dünyanın ən yüksək ödənişli futbolçularının siyahısında 2-ci yerdə qərarlaşıb. Argentinalı forvard ildə 80 milyon dollar qazanır. Bunun 53 milyon dolları klubunda əmək haqqı və bonuslardandır. İlk sırada isə gəlirləri 93 milyon dollar təşkil edən portuqaliyalı Kriştianu Ronaldudur.