BolgeXeber.Com » Siyasət » Britaniya mühafizəkarları hökuməti təkbaşına qurmaqdan məhrum olub

Britaniya mühafizəkarları hökuməti təkbaşına qurmaqdan məhrum olub

9-06-2017, 10:14
Oxunub: 2 820 Britaniya mühafizəkarları hökuməti təkbaşına qurmaqdan məhrum olubBöyük Britaniyada keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Mühafizəkarlar Partiyası qanunverici orqanda çoxluqdan məhrum olub

“Report” TASS-a istinadən xəbər verir ki, fəaliyyətdə olan Baş nazir Tereza Meyin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası son məlumata görə 308 yer qazanıb.
İnformasiyaya əsasən, 650 seçki dairəsindən 633-də səsvermə bülletenləri sayılıb.
Qeyd edək ki, parlament 650 deputatdan formalaşır. Hökuməti təkbaşına qurmaq üçün azı 326 yer lazımdır. Ancaq son və exti-poll-un nəticələri Tereza Meyin partiyasının təkbaşına hökumət qura bilməyəcəyini deməyə əsas verir.