BolgeXeber.Com » Gündəm » “Bağçalı Evlər” MTK-nın təsisçisi ittihamlara cavab verdi

“Bağçalı Evlər” MTK-nın təsisçisi ittihamlara cavab verdi

9-06-2017, 14:28
Oxunub: 11 265 “Bağçalı Evlər” MTK-nın təsisçisi ittihamlara cavab verdi“Jurnalistlərimizdən xahiş edirəm, məsələni ətraflı olaraq araşdırdıqdan sonra yazı dərc etsinlər.”

Bir neçə gündür “Bağçalı Evlər” MTK-nın rəhbəri Hacı Məhərrəm Novruzov haqqında bəzi saytlarda xoşagəlməz yazılar dərc olunur.
Əməkdaşlarımız bu məsələ ilə bağlı Məhərrəm Novruzovu ziyarət edib və hər kəsi maraqlandıran sualları Məhərrəm bəyə ünvanlayıb.
Məhərrəm Novruzov öncəliklə qeyd edib ki, son zamanlar bəzi saytlarda dərindən araşdırılmamış, böhtan xarakterli yazıların sayı artıb:
“Jurnalistlərimizdən xahiş edirəm, məsələni ətraflı olaraq araşdırdıqdan sonra yazı dərc etsinlər.”
“Qurtuluş 93” Yaşayış Kompleksinin təsisçisi Məhərrəm Novruzov iş adamı Nazim Qəzənfərov ilə aralarında yaşanan problemin bütün qaranlıq məqamlarına aydınlıq gətirib:
“Uzun illər bundan əvvəl Bakıya gələndə maddi durumum çox aşağı səviyyədə idi. Çox əziyyət çəkmişəm və iradəmin hesabına bu səviyyəyə gəlib çatmışam. Allah mənə belə bir şans verib deyə özümü biləndən xeyriyyəçi işlərlə məşğul olmağa çalışmışam. İmkan daxilində insanlara əl tutmuşam. Öz hesabıma 3 mərtəbəli məktəb tikdirmişəm, bir çox idmançıların inkişafında pay sahibi olmuşam. İnsan elədiyi yaxşılıqları deməz təbii ki, bu, yaxşı hərəkət deyil. Ancaq bunları ona görə deyirəm ki, kompleksimizin sakinləri və digər vətəndaşlar bəzi yazılara aldanıb haqqımda mənfi fikirə sahib olmasınlar.
Nazim Qəzənfərovla aramızda yaşanan problemə gəldikdə isə, sözün açığı, o mənim külli miqdarda pulumu mənimsəyib və ziyana getməyimə səbəb olub.
Xarici ölkələrdən birinə gedərək iş qurub ordan Azərbaycana valyuta gətirməyə qərar verdim. Yanımda işləyən işçilərdən biri məni Nazim Qəzənfərovla tanış etdi.
Nazim Qəzənfərovun bütün xərclərini qarşılayıb Azərbaycana gətizdirdim. Qərara gəldik ki, Ukraynada tikinti işinə başlayaq. Bütün detallar haqqında söhbət etdik və razılığa gəldik.
Nazim Qəzənfərov mənə xəbər etdi ki, burda almağımızın uyğun olduğunu düşündüyü torpaq sahəsi var.Getdim, torpağı bəyəndim. Nazimin sözlərinə görə, 100 min manat beh verməli idim. Həmin pulu ödədim. Sənədin 2 aya hazır olacağına söz verdi, amma aylar keçdi və sənəd hazırlanmadı. Daha sonra 150 min manat da ödənildi və yeni torpaq alındı.
Daha sonra Nazim Qəzənfərov sənədləşmə və digər işlər adı ilə məndən külli miqdarda pul aldı.
Tikinti başladı, ancaq hesablayanda aydın olurdu ki, verilən məbləğ qarşılığında bina tamamilə tikilib qurtarmalı idi.
Bir gün mənə zəng gəldi və məlumat verildi ki, Nazim Qəzənfərov Ukraynada müəyyən adamlarla əl-bir olaraq pulu göyə sovurub və heç bir iş görməyib.
Sən demə, 5 mərtəbli binanın tikintisinə icazə verildiyi halda, Nazim Qəzənfərov sənədlərdə saxtakarlığa yol verərək, 8 mərtəbəli binanın tikintisi ilə bağlı sənəd imzalayıb.
Şəhər meri tərəfindən binanın üç mərtəbəsinin söküntüsü ilə bağlı qərar çıxarıldı.”
Bu qədər hadisədən sonra Nazim Qəzənfərov fırıldaq əməllərindən yenə əl çəkmir və şəhərin mərkəzində daha yaxşı torpaq sahəsinin satıldığını deyərək Məhərrəm Novruzovu yenə aldadır. Həmin torpaq sahəsi isə tarixi yer olduğu üçün tikintiyə icazə verilmir.
Beləliklə, 50 minə torpaq sahəsi alan Nazim Qəzənfərov Məhərrəm Novruzovdan 350 min manat alır.
Mən Nazim Qəzənfərovun daha sağlam iş görməsi üçün onu ev və maşınla təmin etdim, ancaq o, bütün bunların qarşılığında ona 30 min manat borclu olduğumu dedi.”
İş adamı bir daha qeyd etdi ki, haqqında mətbuatda yazılanların heç bir əsası yoxdur. Bunlar onu gözdən salmağa xidmət edir:
“Güya ki, onun təhdid edirəm, qardaşını polisə vermişəm, ölümlə hədələyirəm. Bunların heç biri olmayıb. Qardaşı ilə də telefonla əlaqə saxlamışam. Deyir ki, belə bir şey olmayıb.”
Əməkdaşlarımız “Qurtuluş 93” Yaşayış Kompleksindən hazırladığı təfərrüatlı reportajı yaxın saatlarda “Bolge.tv”də izləyə biləcəksizniz.
bolgexeber.com